Bədəni qışa hazırlayan ləziz armud deserti
Bizi izləyin

Mətbəx

Bədəni qışa hazırlayan ləziz armud deserti

Armud bədəni qışa hazırlayan və vitaminlərlə zəngin dadlı meyvədir. Bu meyvə həm də desertlərə dad verir. Həmin dadlı desertlərdən birinin reseptini təqdim edirik.

Ərzaqlar:

4 ədəd böyük armud

2 stəkan şəkər tozu

4 ədəd qoz

2 ədəd mixək

Qaymaq

Hazırlanması:

Armudun saplağını saxlamaqla qabığını soyun, içini təmizləyin. Şəkər tozunu armudun içinə doldurub qazana düzün. Qalan şəkər tozunu üstünə töküb su və 2 ədəd mixək əlavə edin. Yumşalana qədər qaynadın. Bişəndən sonra boşqaba düzüb üstünə qoz düzün. Hər birinin üzərinə qaymaq qoyub soyuq şəkildə süfrəyə qoyun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm