Tom Kruz “ulduz şəhəri” tərk edir
Bizi izləyin

Ekopublika.az

Tom Kruz “ulduz şəhəri” tərk edir

Hollivud aktyoru Tom Kruz “ulduz şəhəri”ni tərk edir.

Publika.az xəbər verir ki, dünyaşöhrətli aktyor Hollivudda olan 2 evini birdən satır. Belə ki o, əvvəlcə Hollivud Hillzdə, sonra isə Beverli Hillzdə olan evini satışa qoyub. İkinci evdən aktyor təxminən 50 milyon dollar pul əldə edəcək.

Bununla da Tom bank hesabını kifayət qədər artırmış olacaq. Burdan belə məlum olur ki, aktyorun evlərini satışa çıxarmasının səbəbi pulla bağlı deyil. Qərb mətbuatının yazdığına görə, Kruz milyonçuların ibadət etdiyi dinə aid edilən Sayentologiya kilsəsinin nümayəndəsi olduğundan qonşuları onunla münasibəti kəsib. Ehtimal olunur ki, o, evlərini satdıqdan sonra sayentoloqların əsas mərkəzi olan Florida ştatına köçəcək.

Qeyd edək ki, bir müddət öncə Tom Kruz ibadət etdiyi dinə görə qızının toyuna getməyib. Buna səbəb isə kürəkəninin sayentoloq olmamasıdır.

Xatırladaq ki, həmin cərəyanın nümayəndələri haqqında qorxunc hekayələr uydurulur. Bir neçə gün əvvəl də Hollivud ulduzu Cim Kerrinin sevgilisi Katriona Uayt özünə qəsd edib. Ölümündən sonra məlum olub ki, qız sayentologiya kilsəsinin üzvüdür. Hətta onun ölümündə kilsənin rahibləri günahkar bilinib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm