Müharibə qorxusu: ermənilər cəbhəyanı kəndlərdən qaçır
Bizi izləyin

Nida.az

Müharibə qorxusu: ermənilər cəbhəyanı kəndlərdən qaçır

Cəbhə xəttinin yaxınlığında yerləşən erməni kəndləri boşalır.


Publika.az xəbər verir ki, Ermənistan KİV-i təmas xəttində sonuncu gərginlikdən və Azərbaycan tərəfinin düşmənin təxribatına artilleriya hücumları ilə cavab verməsindən sonra cəbhə xəttində yaşayan ermənilər arasında ciddi təşvişin olduğunu yazır.


“1in.am” saytı yazır ki, hazırda təmas xəttində ötən həftə baş verən gərginlik sakitləşsə də, əhali arasında təşviş azalmayıb: “Əhali arasında mərkəzi hökumətə müraciət edənlərin sayı çoxalıb. Bir çoxları cəbhə xəttindən uzaqda yaşayan qohumlarına sığınır. İnsanlar yeni müharibədən qorxurlar”.

Sayt qeyd edir ki, ciddi hücumlar olarsa, Ermənistan rəhbərliyi təslim ola bilər: “Azərbaycanda belə düşünürlər. Bəlkə də doğru deyil. Lakin ordudakı vəziyyət heç də ürəkaçan deyil. Hazırda ordu daha çox gənc və təcrübəsiz olan zabit və əsgərlərdən ibarətdir. Təcrübəli hərbiçilər ya istefaya göndərilib, ya da qulluğa yararsızdır. Buna səbəb olan əsas amil hərbi oliqarxiyanın hökm sürməsidir. Yəni müharibə olacaqsa, Azərbaycana qarşı duracaq gücümüzün olmadığını etiraf etmək lazımdır. Bunun üçün təkcə ordu deyil, ictimai fikir də hazır olmalıdır. Müharibə hər an başlaya bilər. Ermənistanın isə uzunmüddətli müharibəyə sərf edəcək ictimai resursları belə yoxdur. Əgər cəbhəyanı kəndlərin sakinləri evlərini tərk edirsə, deməli, hökumət onlara kompensasiya ödəməlidir. Lakin hökumət bunu edəcəkmi?”


Sayt İrəvan rəhbərliyinin cah-calal içində yaşadığını, insanların isə aclıqla mübarizə apardıqlarını yazıb.


“Müharibə aparırıqsa, bunu kiminlə edəcəyik?! Reallıq acıdır: sərhəd ərazilərdə, eləcə də ölkənin müxtəlif şəhərlərində insanlar aclıqla mübarizə aparır. Xüsusilə qarşıdan soyuq qış gəlir və bu çətinliyi ikiqat artırır. Bəs İrəvanın reallığı nədir? Cah-calal içində oliqarxlar, nazirlər, deputatlar, məmurlar. Onların həyatı bədxərclik etməkdən ibarətdir. Onlar müharibə edəcəkmi, yaxud ac insanlar necə döyüşəcək? Məhz buna görə də Ermənistan zəifdir və döyüşmək üçün hər şeydən öncə ictimai resurslara malik olmalıdır. Cəmiyyət müharibənin hər kəsə aid olmadığını görür. Buna görə də cəbhə yaxınlığındakı evlərini tərk edirlər. Onlar evlərindən qaçarkən bir çoxları da ölkədən qaçır”, - deyə Ermənistanın müxalif mediası yazır.

Qeyd edək ki, təxminən 10 gün öncə Rusiyanın “Kavkazskiy uzel” saytı Azərbaycanın işğal edilmiş Ağdərə rayonunun Talış və Maqadis kəndlərindən hazırladığı reportajda da əhalinin qaçmağa hazırlaşdığı qeyd olunurdu.

Ermənistanın “168 jam” qəzeti də ölkədəki acınacaqlı vəziyyətə diqqət çəkərək İrəvanın ehtimal olunan müharibədə uduzacağını proqnozlaşdırır.

“Lakin görünür, insanların vəziyyəti, cəbhəyanı kəndlərdə evlərini tərk edənlərin çoxalması və yaxınlaşan təhlükə oliqarxları, nazirləri narahat etmir. Onlar öz var-dövlətlərinin qayğısına qalırlar”, - deyə qəzet yazıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm