Ankarada kamikadze özünü partlatdı: 86 ölü, 186 yaralı - FOTOLAR/VİDEOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Ankarada kamikadze özünü partlatdı: 86 ölü, 186 yaralı - FOTOLAR/VİDEOLAR (YENİLƏNİB)

Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında 2 partlayış baş verib.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində xeyli ölən və yaralanan var.

Partlayışın baş verdiyi əraziyə təcili yardım maşınları və xilasedicilər göndərilib.

İlk məlumatlara görə, partlayışı kamikadze törədib.

Son məlumata görə, terror aktı nəticəsində ən azı 47 nəfər ölüb, 126 adam yaralanıb. Ankara Baş Prokurorluğu 30 nəfərin hadisə yerində öldüyünü, daha 17 nəfərin isə xəstəxanada keçindiyini açıqlayıb.

***

Anadolu Agentliyi Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğluna istinadən xəbər verir ki, terror aktında ölənlərin sayı 86-ya, yaralananların sayı isə 186-ya çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm