Cəbhədə şiddətli atışma: Düşmənin 6 hərbçisi məhv edilib - RƏSMİ
Bizi izləyin

Hadisə

Cəbhədə şiddətli atışma: Düşmənin 6 hərbçisi məhv edilib - RƏSMİ

Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.


Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, ordumuzun bir hərbi qulluqçusu yaralanıb.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm