ŞOK İDDİA: 97 nəfəri öldürən PKK-ya təlimatı o şəxs verib
Bizi izləyin

Dünya

ŞOK İDDİA: 97 nəfəri öldürən PKK-ya təlimatı o şəxs verib

Ankarada baş verən və ölkə tarixinin ən qanlı terror hücumunun araşdırılması üçün xüsusi qrup yaradılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qrupun əldə etdiyi ilk məlumatlar terror aktının arxasında Suriyanın kəşfiyyat təşkilatı “Əl Muhaberat”ın olduğunu göstərir.

İlkin qiymətləndirmələrə görə, son dövrlər PYD (PKK terror təşkilatının Suriya qanadı) ilə yaxınlaşan “Əl Muhaberat” hücum üçün PKK-dan istifadə edib. İddiaya görə, Rusiyadan dəstək alaraq yenidən gücünü nümayiş etdirən Əsəd rejimi Türkiyədə 1 noyabr parlament seçkiləri öncəsi xaos yaratmaq üçün “Əl Muhaberat” kəşfiyyat təşkilatına təlimat verib.

Kəşfiyyat qurumları “Əl Muhaberat”ın daha əvvəl Hatay vilayətinin Reyhanlı mahalında törədilən terror aktında terror təşkilatından yararlandığını bildirirlər.

Ankaradakı dəhşətli terror aktı ilə bağlı danışan Avropa Birliyi naziri Beril Dedeoğlu də terror hücumunun Türkiyənin xaricində planlaşdırıldığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm