Üzdəki qüsurları yox edən yoqa hərəkətləri
Bizi izləyin

Gözəllik

Üzdəki qüsurları yox edən yoqa hərəkətləri

Üzünüzün daha zərif və gözəl görünməsi üçün üz yoqasına müraciət edə bilərsiniz. Üz yoqası dərinin sallanmasının qarşısını alır, üzü arıqladıb formaya salır, qırışları azaldır.

Publika.az 10 əsas üz yoqası hərəkətini təqdim edir:

Bir

Dodaqlarınızı bir-birinə sıxın. Daha sonra üst dodağın altını hava ilə doldurun. 10-a kimi sayın. Havanı sağ yanağa keçirin, yenə 10-a kimi sayın. Sol yanaq üçün də eyni hərəkəti təkrarlayın. Bu hərəkət 10 dəfə təkrarlanmalıdır. Bu asan hərəkət yanaqların sallanmasının qarşısını alır.

İki

Ağzınıza hava alın və sanki qarqara edirmiş kimi bu havanı ağzınızın içində dolaşdırın. Bu da yanaqların sallanmasının qarşısını alan, üz dərisinin elastikliyini artıran hərəkətlərdən biridir.

Üç

Dodaqlarınızı büzüb “O” formasına salın. Sonra havanı üfürməyə başlayın.

Dörd

Bu hərəkətə “gülən balıq üzü” deyilir. Yanaq və dodaqlarınızı içəriyə çəkib büzün. Daha sonra bu vəziyyətdə gülümsəməyə çalışın. 5-10 saniyə gözləyin. Bu məşqi 5 dəfə təkrarlayın.

Beş

Başınızı yuxarıya qaldırın və tavana baxın. Bu vəziyyətdə ikən hava üfürməyə başlayın. Bu hərəkət buxağın yaranmasının qarşısını alır.

Altı

Alt dodağınızı qaldırıb burnunuza toxundurun. 15 saniyə bu vəziyyətdə qalın. Hərəkəti gündə 10 dəfə təkrarlayın.

Yeddi

Ağzını mümkün olduğu qədər aç və 15-ə kimi say. Daha sonra ağzını yumub 2-3 saniyə dincəl. Daha sonra hərəkəti təkrarla. Ən az 10 dəfə təkrarlamaq lazımdır.

Səkkiz

Yanaqlarınızı içəriyə çəkin. Dodaqlarınızı büzün. 10 saniyə gözləyin. Bu hərəkəti gündə ən az 10 dəfə təkrarlayın. Bu yanaqlardakı yağı azaldacaq, beləliklə, almacıq sümükləriniz daha gözəl görünəcək.

Doqquz

Ağzınıza mümkün olduğu qədər çox hava alın və ağzınızı yumun. Dərindən nəfəs alın. İstər-istəməz yanaqlarınız içəriyə doğru çəkiləcək. Sonra yavaş-yavaş havanı ağzınızdan buraxın. Bu hərəkəti 5 dəfə təkrarlayın.

On

Almacıq sümüklərinizin üzərinə orta barmaqlarınızı koyun. Dərinizi yuxarıya doğru çəkin. Ağzınızı açın. 10 saniyə gözləyin. Daha sonra əlinizi üzünüzdən götürün. Hərəkəti 10 dəfə təkrarlayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm