Putinin “döyüş salonu” – III Dünya müharibəsi buradan idarə olunacaq – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Putinin “döyüş salonu” – III Dünya müharibəsi buradan idarə olunacaq – VİDEO/FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin “döyüş salonu” adlandırılan Milli Müdafiə Nəzarəti Mərkəzinin içərisindəki salonun yeni fotoşəkilləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Putin Rusiya təyyarəsinin Misirin Sinay yarımadasında terror aktı nəticəsində qəzaya uğramasının açıqlanmasından sonra Milli Müdafiə Nəzarəti Mərkəzini ziyarət etmişdi.

Putin burada rus generallarla birlikdə nəhəng ekranlarda Rusiya qırıcılarının İŞİD-in mövqelərini bombardman etməsini izləyib. O, həmçinin Suriyadakı Rusiya qüvvələrinə Fransa hərbi qüvvələri ilə əlaqə qurmağı və birgə hərəkət etməsi üçün təlimat verib.

Ancaq bu toplantıda diqqətçəkən əsas məqam binanın özü idi. Rusiya prezidentinin hərbi təlimatlar verdiyi üç mərtəbəli nəhəng salon Putinin “döyüş salonu” adlandırılır. Rusiya mediasının yazdığına görə, Rusiya ordusu yeni mərkəzi strateji nüvə və ballistik raketlərin atılması da daxil olmaqla bütün əməliyyatların koordinasiya edilməsi üçün istifadə edəcək.

Binanın ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən istifadə olunan Amerika Milli Hərbi Komandir Mərkəzinə çox bənzədiyi bildirilir. Ancaq Rusiyanın dövlət agentliyi SİTA bir hərbi səlahiyyətliyə istinadən verdiyi xəbərində buranın Amerikadakı analoji mərkəzdən üç dəfə üstün olduğunu bildirib. Moskva çayının sahilində, Kremlin 3-4 kilometrliyində yerləşən yeni mərkəzin altında labirint kimi tunel şəbəkəsinin olduğu iddia olunur. Tikintisi 2014-ci ildə başa çatan mərkəz üçün yüz milyonlarla dolların xərcləndiyi təxmin edilir.

Milli Müdafiə Nəzarəti Mərkəzi keçmiş SSRİ-nin II Dünya Müharibəsindəki komando mərkəzləri ilə müqayisə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm