Qiymətdə ağır, çəkidə yüngül: çörəklər niyə balacalaşır? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Qiymətdə ağır, çəkidə yüngül: çörəklər niyə balacalaşır? - ARAŞDIRMA

Məlumdur ki, ölkədə çörəyin qiyməti 30 qəpikdən başlayır, “müasir texnologiya” ilə hazırlanan çörəklərin qiyməti isə 5-6 manata qədər qalxır. Doğrudur, qiymətlər dəyişməyib, amma çörəyin çəkisinin azalması da dolayısı ilə qiymət artımıdır. Unun qiymətində artım olmadığı halda çörəyin çəkisinin azalması nə ilə əlaqədardır?

Publika.az-a daxil olan bir neçə şikayətdə bəzi çörəklərin hiss olunacaq qədər balacalaşdığı və bunun alıcıları narahat etdiyi göstərilir. Biz də, necə deyərlər, şikayəti yerində araşdırmaq üçün yolumuzu mağazalardan saldıq.

Bakıdakı mağazalardan birinin satıcısı Anar deyir ki, alıcıların çörəklərin çəkisi ilə bağlı şikayətləri çox olur: “Qiymətlər eynidir, amma ələ alarkən çəkilərində azalma hiss olunur. Elə baxanda da bilinir”.

Həmin mağazaya gələn alıcılara da çörəklə bağlı sualımızı ünvanladıqda narazılıq dolu cavablar aldıq.

Özünü Xanım Məmmədova kimi təqdim edən alıcı təndir çörəyinin çəkisinin gün-gündən azaldığını deyir: “Demək olar ki, hər gün təndir çörəyi alırıq. Əvvəllər az hiss olunurdu, amma indi elə bil hər gün daha da azalır”.

Başqa bir dükanın satıcısı Elmira xanım isə həmkarından fərqrli olaraq çörəklərin çəkisində azalma hiss etmədiyini deyir: “Hələ ki azalmayıb, amma deyirlər, azalacaq. Düzdür, alıcılar deyir təndir çörəkləri balacalaşıb, zavod çörəyinin çəkisi xeyli azalıb. Amma zavod çörəyi elə standarta uyğundur”.

Bir çörək seçib, satıcıdan tərəziyə qoymasını xahiş etdik. O da xahişimizi yerə salmayıb çörəyi çəkdi: əqrəb 500 qramı göstərirdi.

Ümumiyyətlə, çörəyin çəkisi nə qədər olmalıdır? Bununla bağlı standart necədir?

Bu sualımızı da Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı cavablandırdı: “Zavod çörəyinin minimal çəkisi yarım kilo, maksimum 1 kilo 100 qram olmalıdır. Digər çörəklərdə isə sərbəstdir. Əvvəllər çörəyin çəkisinin azalması ilə bağlı şikayətlər daxil olurdu, amma indi demək olar ki, bununla bağlı heç bir şikayət yoxdur”.

Azad İstehlekçılar Birliynin sədri Eyyub Hüseynov isə çörəklərin çəkisində azalma olduğunu təsdiqlədi: “Sahibkarlar onlara yaradılan fürsətlərdən sui-istifadə edirlər. Çörəklərin çəkisində azalma ilə bağlı çox sayda şikayətlər qəbul edirik. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Nazirlər Kabinetinə də müraciət etmişəm”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm