Qərb və Rusiyanın Qafqaz savaşı, Qarabağın taleyi... - “Stratfor”dan proqnoz
Bizi izləyin

Nida.az

Qərb və Rusiyanın Qafqaz savaşı, Qarabağın taleyi... - “Stratfor”dan proqnoz

“Rusiya və Qərb arasında gərginlik bu dəfə Qafqazda qızışmaqdadır”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin Rusiyanın Ermənistan hava məkanının təhlükəsizliyini üzərinə götürməsi haqda araşdırmasında deyilir.


Mərkəz yazır ki, noyabrın 11-də Rusiya prezidenti Vladimir Putin hökumətinə regionda müştərək reaktiv Hava Hücumundan Müdafiə (HHM) sistemini yaratmaq üçün Ermənistanla razılaşma imzalamaq tapşırığını verdi: “Bu addım əvvəlki illərdə Orta Asiya və Belarusda Moskvanın addımlarını xatırladır. Qərbin Gürcüstanda hərbi fəaliyyəti addım-addım irəliləyərkən Yaxın Şərdən təhdidlər eşidilir və Rusiya Dağlıq Qarabağda status-kvonu dəyişməyə daha isti yanaşır. Belə bir məqamda Ermənistanda hərbi iştirakını gücləndirməklə Cənubi Qafqazda təsir imkanlarını artırır”.


“Stratfor” qeyd edir ki, Rusiya Belarusda və bir neçə Mərkəzi Asiya ölkəsində də HHM yaratmaq üçün iş aparır: “Bu sistemlərin qurulması ilə Rusiya Şərqi Avropa sərhədlərində böyüyən təhdid və Əfqanıstandan gələn terror təhlükəsinə qarşı hazırlaşır. Bu hərbi genişlənmə ilə Rusiya Cənubi Qafqazda NATO və ABŞ-la, həmçinin Türkiyənin regiondakı ambisiyaları ilə qarşı-qarşıya qalır. Moskva bu yarışdan qalib çıxmaq istəyir”.


Mərkəz əlavə edir ki, Ermənistanda hərbi genişlənmə ilə Moskva Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonu geri qaytarmaq siyasətini də tormozlaya bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm