Türkiyə Suriyaya girdi: 500 “Bordo bereli” türkmanlara yardıma getdi
Bizi izləyin

Dünya

Türkiyə Suriyaya girdi: 500 “Bordo bereli” türkmanlara yardıma getdi

Türkiyə silahlı qüvvələrinə məxsus 3 helikopter Suriya ilə sərhəddəki türkmənlərə yardıma gedib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, artıq Türkiyə hərbçiləri Bəşər Əsəd silahlıları tərəfindən öldürülən dinc türkmənlərin qorunmasına yardım edəcək.

Məlumata görə, Türkiyə hərbi helikopterlərinə qurudan 500 nəfərlik “Bordo bereli” xüsusi təyinatlıları dəstək verəcək.

Xatırladaq ki, Türkiyədə “dərin dövlət” adamı hesab olunan Sedat Peker də Suriyanın “Türkmən dağı” bölgəsindəki türkmənlərə 4 “TIR”a yüklənmiş 3 min ədəd yataq dəsti, hərbi geyim və ləvazimatlar göndərib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm