50 İŞİD-çi Dağıstanın cənub meşələrində - TƏHLÜKƏ ANONSU
Bizi izləyin

Nida.az

50 İŞİD-çi Dağıstanın cənub meşələrində - TƏHLÜKƏ ANONSU

Dağıstanın cənub sərhədlərində terror qrupları aktivləşib.


Publika.az xəbər verir ki, Dağıstanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mironov respublikanın cənubunda və dağlıq hissəsində üzvlərinin sayı 50 nəfəri ötən 12 terror qrupunun fəaliyyət göstərdiyini açıqlayıb.


Dağıstandakı terror qruplarının fəaliyyət göstərdiyi ərazilər Azərbaycanla sərhəd bölgəsində olması təhlükəni bizim üçün də aktuallaşdırır.


“Yerli əhali arasında olan tərəfdarları onları ərzaqla, informasiya ilə təmin edir”


Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Publika.az-a açıqlamasında təhlükənin ciddi olduğuna diqqət çəkib: “Bu ciddi məsələdir və Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət terrorçuların Azərbaycanla həmsərhəd olan rayonların meşə massivlərində fəaliyyət göstərməsindən gedir. Hesab edirəm ki, Azərbaycan tərəfi bununla bağlı ciddi tədbir görməlidir”.


M. Mehdiyev əlavə edib ki, Dağıstandakı terror qruplarının yerli əhali arasında ciddi dəstəyi var: “Hər qrup təxminən 5 nəfərdən ibarətdir. Bunlar ya “Meşə qardaşları”, ya da İŞİD-çilərdir. Yerli əhali arasında olan tərəfdarları onları ərzaqla, informasiya ilə təmin edir. Bu, terrorçuların şəbəkələşmiş formada fəaliyyət göstərdiyi deməkdir. Şəbəkələşmiş terrorun təhlükəsi daha böyükdür və hesab etmək olar ki, bu qruplar bölgədə nəsə etmək istəyirlər. Mironovun açıqlamasını bu baxımdan ciddi məsələ hesab etmək olar”.

“Sərhəd-keçid məntəqələri gücləndirilməli...”


Ekspert bildirib ki, terrorçuların hansı yola əl atacaqlarını əvvəlcədən müəyyənləşdirmək çətindir: “Buna görə də Azərbaycan tərəfi sərhəd-keçid məntəqələrini gücləndirməli, pasport yoxlama rejimini sərtləşdirməlidir. Dağıstan tərəfi müəyyən tədbirlər görəcəyini açıqlayıb. Lakin biz öz ərazimizin təhlükəsizliyi üçün tədbirlərimizi əvvəlcədən görməliyik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm