Hollivud gözəlləri dəb yarışına girdi - FOTOLAR
Bizi izləyin

Dəb

Hollivud gözəlləri dəb yarışına girdi - FOTOLAR

Los-Ancelesdə “American Music Awards mükafatlandırma mərasimi baş tutub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “American Music Awards 2015” tarixində ulduzlar təmtəraqlı paltarları ilə inqilab ediblər. Fotoqraflara poz verən Hollivud gözəlləri açıq-saçıq ziyafət libasları ilə yarışa giriblər. Ulduzların geyimləri qədər aksessuarları da göz qamaşdırıb. Ulduzlar obrazlarında daha çox üzüklərə və ayaqqabılara diqqət ayırıblar.

Ulduzlar arasında Cennifer Lopez, Cici Hadid, Demi Lovato, Nina Dobrev seçiliblər.

Heç təəccüblü deyil ki, gecənin ən yaddaqalan qonağı 46 yaşlı Cennifer Lopez olub. Belə ki, o, həm qırmızı xalı üzərində geyindiyi libası ilə, həm də səhnə kostyumları ilə tamaşaçıları heyrətə gətirib. Stil ikonası bu mərasim üçün 5 dəfə paltar dəyişib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm