Kök börəyi
Bizi izləyin

Mətbəx

Kök börəyi

Publika.az qəlyanaltılarda yeyə biləcəyiniz ləzzətli börək reseptini təqdim edir:

Tərkibi:

2 ədəd yer kökü

4 ədəd yunan qabağı

250 qram ağ pendir

Yarım dəstə şüyüd

1 çay qaşığı qırmızı pul bibər

Duz

Qara istiot

3 ədəd yumurta

100 qram kərə yağı

Yarım litr süd

4 ədəd hazır lavaş

Hazırlanması:

Yer kökünü, yunan qabağını və ağ pendiri sürtgəcdən keçirib bir qaba tökün. Üzərinə xırda doğranmış şüyüdü, pul bibəri və istiotu əlavə edib qarışdırın. Yumurtaları qırıb kasaya tökün və yaxşıca çırpın. Kənarda kərəyağını əridin, üzərinə südü əlavə edib qarışdırın. Daha sonra yumurtanı da kərəyağı qarışığına əlavə edin. Lavaşlardan biri istisna olmaqla, hamısını əlinizlə kiçik hissələrə bölüb yumurtalı qarışığa qatın. Qabaq, kök və pendir qarışığını da yumurtaya əlavə edin. Hamısını birlikdə qarışdırın. Sobaya qoyacağınızı qabın dibini yağlayın. Saxladığınız 1 ədəd lavaşı qabın içərisinə yayın. Yumurtalı qarışığı lavaşın üzərinə töküb yayın. 180 dərəcədə olan sobada 45-50 dəqiqə bişirin. Bişdikdən sonra doğrayıb süfrəyə verin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm