Qışın əvəzolunmaz trendi: dəri şalvarlar - FOTOLAR
Bizi izləyin

Dəb

Qışın əvəzolunmaz trendi: dəri şalvarlar - FOTOLAR

Dəri şalvar almaq haqqında düşünür, amma dəlisov rokerlərə bənzəməkdən qorxursunuz? Bu şalvarlar bir vaxtlar rok ulduzlarının simvoluna çevrilsə də, dizaynerlər onları gündəlik həyatımıza daxil etməyə nail oldu.

Publika.az-ın dəb bölməsi bu yazıda dəri şalvarları geyinmək qaydalarını təqdim edib.

Dərinin təbii və süni olması büdcənizdən asılıdır. Dəri şalvarlar alarkən birinci növbədə, onların fasonunu nəzərə alın. Mağazalarda dəri şalvarların dar, hündürbel, balağı qısaldılmış, bol kəsimli və enli modellərinə rast gələ bilərsiniz. Onlar arasında bədən quruluşuna ən uyğun olan variantı seçin.

Əgər ilk dəfə dəri şalvar alırsınızsa, maksimum sadə modellər seçməyə çalışın. Artıq dekor və metal detallarından çəkinin.

Dizaynerlər bu il dəri şalvarları tünd qırmızı, qəhvəyi, qara, yaşıl, qara və digər rənglərdə təklif edirlər. Məlum məsələdir ki, qara dəri şalvar hər şeylə uyğunlaşır.

Lakin qara rəng insanların gözünü yorub, bu səbəbdən, tünd qırmızı, yaşıl, qəhvəyi rəngli variantları sınaqdan keçirin. Əgər bədən quruluşunuza güvənirsinizsə, çəhrayı rəngli dəri şalvar geyinməyə tam haqqınız var.

Dəri şalvarları kombin etmək asandır. Onu uzun pencək, sadə mayka və loafer ayaqqabılarla birləşdirməklə həm gündəlik, həm də ofis stili üçün ideal qarderob yaradacaqsınız. Əgər onu etnik naxışlı ponço, şlyapa və çəkmə ilə uyğunlaşdırsanız, əsl hippilər kimi görünəcəksiniz.

Dəri şalvarları şifon köynəklərlə kombin edə bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm