Davudoğlu hədələrə cavab verdi: “Bütün dünya bilsin ki...” – VİDEO
Bizi izləyin

Dünya

Davudoğlu hədələrə cavab verdi: “Bütün dünya bilsin ki...” – VİDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulan Rusiya təyyarəsi ilə bağlı ilk şərhini verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir ölkənin sərhədlərini pozan hər kəsin bu cür cavab alacağını bildirib.

“Bütün dünya bilsin ki, sərhədlərimizi pozan hər kəs cavabını alacaq. Cavab vermək bizim haqqımızdır. Sərhədlərimizin təhlükəsizliyi və vətəndaşlarımızın həyatından söhbət gedirsə, hər cür fədakarlıq edəcəyimizi və hər cür cavab addımı atacağımızı bütün dünya bilməlidir. Türkiya hava məkanını pozan təyyarənin vurulmasına da bu çərçivədən baxmaq lazımdır”, - Davudoğlu deyib.

Türkiyənin baş naziri dünya ölkələrini də Suriyadakı atəşi söndürməyə çağırıb: “Suriyadakı atəşi söndürmək əvəzinə Bayır Bucak türkmanlarına, Hələb ərəblərinə, ya da kürdlərə atəş yağdıranlara mesajımız açıqdır. Suriya xalqı digər bütün xalqlar kimi sülh içində yaşamağa layiq olan bir xalqdır. Mesajımız həm Suriya rejimi, həm terror təşkilatları, həm də kənardan müdaxilə edən qüvvələrə ünvanlanıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm