Ərdoğandan vurulan Rusiya təyyarəsi ilə bağlı ilk AÇIQLAMA: Hər kəs bilsin ki, son hadisə... - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğandan vurulan Rusiya təyyarəsi ilə bağlı ilk AÇIQLAMA: Hər kəs bilsin ki, son hadisə... - VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hava məkanına daxil olan Rusiya döyüş təyyarəsinin vurulmaslı ilə bağlı Ankarada Təhlükəsizlik Şurasının toplantısını çağırıb.

Publıika.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda baş nazir Əhməd Davudoğlu, Baş Qərargah rəisi, general Hulusi Akar, milli təhlükəsizlik məsələləri üzrə müşavir Hakan Fidan iştirak edib.

Toplantı saat yarım davam edib. İclasdan sonra Türkiyə Prezidenti hadisə ilə bağlı açıqlama verib.

Hadisələri diqqətlə izlədiyini deyən Ərdoğan, iki naməlum döyüş təyyarəsinin Türkiyənin hava məkanına daxil olduğunu söyləyib. Onun sözlərinə görə, 5 dəqiqə ərzində təyyarələrə 10 dəfə xəbərdarlıq edilib. Lakin pilotlar bu xəbərdarlığa məhəl qoymadığından təyyarələrdən biri vurulub.

“Türkiyənin heç bir dövlətlə düşmənçiliyi yoxdu. Hər kəs bilsin ki, bu son hadisənin qarşısını almaq üçün əlimizdən gələni etdik”, - Ərdoğan bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm