Obamadan Su-24 açıqlaması: “Türkiyənin...”
Bizi izləyin

Dünya

Obamadan Su-24 açıqlaması: “Türkiyənin...”

ABŞ prezidenti Barak Obama Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya hərbi təyyarəsi ilə bağlı açıqlama verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Fransa prezidenti Fransua Ollandla keçirdiyi mətbuat konfransında Türkiyənin öz torpaqlarını və hava məkanını müdafiə etmək haqqının olduğunu deyib.

Prezident yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da söhbət edəcəyini bildirib. .

Fransa prezidenti də öz növbəsində Rusiya təyyarəsinin vurulmasının çox ciddi hadisə olduğunu deyib və əlavə edib ki, bölgədə gərginliyin artmasının qarşısı alınmalıdır.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus qırıcısının sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm