Türkiyə onlara cəsarət verdi: “Biz də rus təyyarəsini vuracağıq”
Bizi izləyin

Dünya

Türkiyə onlara cəsarət verdi: “Biz də rus təyyarəsini vuracağıq”

“Əgər Rusiyanın hərbi təyyarələri Ukraynanın hava məkanına daxil olarsa, onları Türkiyənin Hərbi Hava Qüvvələri kimi biz də vuracağıq”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Onun sözlərinə görə, Ukraynanın hava məkanı pozulacağı halda, Kiyev peşəkarlıqla hərəkət edəcək: “Ukrayna hərbçiləri də analoji hərəkət edəcəklər”.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus qırıcısının sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu və bunu sübut edə biləcəklərini açıqlayıb.

Türkiyə Silahlı Qüvvələri isə Rusiya qırıcısının Suriya ərazisində vurulması ilə bağlı bəyanata cavab verib.Türkiyə Silahlı Qüvvələri Rusiyanın SU-24 qırıcısının radarlardakı hərəkət marşrutunun görüntülərini paylaşıb.

Türkiyənin açıqladığı məlumata görə, Rusiya qırıcısı 5 dəqiqə içərisində 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, Türkiyənin hava məkanını pozub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm