Qoroskop
Astroloji proqnoz - 25 noyabr
Qoç - Gün qeyri-standart çıxış yolları və
qeyri-adi davranışa üstünlük verənlər üçün çox uğurludur.
Şəxsi həyatınızda təşəbbüs göstərin. Yaxınlarınız ideyalarınıza
dəstək olacaqlar. İnsanların bir-birinə rəğbəti qarşılıqlı olacaq.
Maliyyə və əmlak məsələlərinin həlli üçün münasib gündür. Qiymətli
hədiyyə ala bilərsiniz.
Buğa - Çoxdan arzuladığınız bir işi həyata
keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin
uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı
reallaşdırmağınıza imkan verəcək.
Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız
artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə
mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik
münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə
anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər.
Əkizlər - Rəhbərliklə münaqişədən qaçın:
tezliklə yüksəkvəzifəli şəxslərin dəstəyinə ehtiyacınız olacaq.
Dostlarla ünsiyyət, həmfikirlərlə görüşlər üçün münasib gündür.
Yaradıcı peşənin adamlarının yeni layihələrlə bağlı gözəl ideyaları
olacaq. Ancaq bu zaman adi ev işlərini unutmaq olmaz: məhz məişət
məsələləri yaxınlarla ciddi fikir ayrılığına səbəb ola bilər.
Xərçəng - Mövqeyinizi qorumaq üçün qətiyyət
göstərməyiniz gərək olacaq. Sərt müzakirələrə qatılan Xərçənglər
daha yüksək vəzifə tutan insanlarla kəllə-kəlləyə gələcəklər.
Ətrafınızda baş verən hər şeyə diqqət yetirməyiniz vacibdir:
istənilən xırdalıq həlledici rol oynaya bilər.
Tanış qadınlarla münasibətlərinizin inkişafına diqqət edin: burada
hər şey ilk baxışdan göründüyü kimi ahəngdar deyil. Kişilərlə dil
tapmaq isə çox asandır. Cəmiyyətdə yüksək mövqe tutan bir insanla
romantik münasibətləriniz yarana bilər.
Şir - Ünsiyyət üçün əla gündür, istənilən
xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə
aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq
üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Şirlər
insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu
xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən
yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər
uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.
Qız - Çox uğurlu gündür. Ancaq çox şey
düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət
etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə
bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu
əhval uzun müddət davam edəcək.
Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün
yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın:
ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş
edəcək.
Tərəzi - Sizin üçün yeni, maraqlı imkanlar
yaranır. Xoşbəxtlikdən, kifayət qədər təcrübəniz və özünüzə
inamınız var və onlardan düzgün istifadə edərək şansınızı
qaçırmırsınız. Müxtəlif xarakterli gözlənilməz təkliflər almağınız
mümkündür. Bunların arasında evlilik təklifi də ola bilər.
Qətiyyətli olun: nə etmək lazım olduğunu intuisiyanız sizə
deyəcək.
İnsanlar arasında olmaq, ictimaiyyətin həyatında iştirak etmək
zamanıdır. Maraqlı insanlarla ünsiyyət, yeni tanışlar tapmaq imkanı
sizi sevindirəcək. Ekstravaqant hərəkətlərdən çəkinin.
Əqrəb - Həyatınızda dəyişikliklər istəyirsiniz?
Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə
başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır,
nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız
yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan
maraqlı iş təklifləri gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür.
Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm
özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala
bilərsiniz, seçiminiz doğru olacaq.
Oxatan - Bu günün hadisələri bir çox Oxatanları
sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli
əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan
perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün
azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür.
Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi
hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə
heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.
Oğlaq - Çox yaxşı bir gün keçirəcəksiniz. Əgər
onun daha da məhsuldar olmasını istəyirsinizsə, əvvəlcədən hərəkət
planı qurun və bütün xırdalıqlarına qədər ona əməl edin.
Zəifliklərinizə qapılmağınız ciddi ziyan verməsə də, uğur qazanmaq
şansınızı yarıbayarı azaldacaq. Maliyyə işləri ehtiyat tələb edir,
sövdələşmələr bağlamağa tələsməyin.
Yeni tanışlarınıza xasiyyətinizin parlaq tərəflərini göstərməklə
onlarda xoş təəssürat yarada bilərsiniz. Ekstravaqantlığa can
atmayın, yalnız əsl cəsarətli addımlarınız əla nəticələr
qazanmağınıza imkan verəcək.
Dolça - Günün birinci yarısı dünyada heç nə
sizin öz gücünüzə inamınızı sarsıda bilməz. Çətin işləri görməyə,
mürəkkəb məsələləri həll etməyə çalışın. Bir çox Dolçaların yeni
məqsədləri var. Bunlara çatmaq üçün sizə kömək edə biləcək insanlar
da az deyil, üstəlik, yaxınınızdadırlar. Gün yeni ortaqla məhsuldar
əməkdaşlıq vəd edir, ancaq güzəştə getməyə hazır olun: hər şey siz
istəyən kimi olmur.
İctimai tədbirlərə, eyni zamanda ziyafətlərə qatıla bilərsiniz.
Balıqlar - Xasiyyətinizin ən gözəl tərəflərini
nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm
qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala
bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı
qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı
münaqişələri həll edə bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman
məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda,
davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO