Rusiya Türkiyədən necə qisas ala bilər? - ŞOK PROQNOZ
Bizi izləyin

Nida.az

Rusiya Türkiyədən necə qisas ala bilər? - ŞOK PROQNOZ

Rusiya təyyarəsinin Suriya torpaqlarında düşməsi onun həmin bölgədə vurulduğunu göstərmir. Raketlər Su-24 Türkiyə üzərində olarkən də atəşlənmiş ola bilər. Qırıcının sürəti kifayət qədər yüksək olduğundan, partlayış anı atəş anından fərqli olur və bu müddət ərzində də təyyarə xeyli məsafə keçir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Fərhad Mehdiyev açıqlama verib. Politoloq son olaydan sonra Rusiyanın Türkiyədən mümkün intiqam yollarını qeyd edib:

1. Türkman Dağı mövqelərinin daha intensiv şəkildə bombalanması;

2. PKK-ya “İqla”raketlərinin (vertolyotları vurmağa yarayır) verilməsi;

3. PKK-ya peyk vasitəsilə məlumat çatdırılması;

4. Ərdoğan və yaxınları haqqında kompromat məlumatları yaymaqla onun düşmənlərinə bilgilərin ötürülməsi;

5. Rusiyadakı türk iş adamlarının sıxışdırılması;

6. Gömrük nəzarəti və fito-sanitar qaydaları bəhanə edərək, türk kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalının dayandırılması;

7. Türkiyəyə olan təyyarə səfərlərini bahalaşdırmaqla (aeroportda “Peqasus” və THY üçün xidmət xərclərini artırmaqla) Türkiyədəki rus turistlərinin sayını azaltmaq;

8. TANAP-a yeni əngəllər çıxarmaq.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm