Atlantik okeanında fəlakət
Bizi izləyin

Dünya

Atlantik okeanında fəlakət

Alimlər Riu-Dosi çayından Atlantik okeanına toksikoloji tullantıların axıdılmasının yaxın zamanlarda ekoloji fəlakət doğuracağı ilə bağlı xəbərdarlıq edirlər.

Publika.az BBC News-a istinadən xəbər verir ki, Riu-Dosi çayı vasitəsilə okeana axıdılan xrom, marqanes, siçan zəhəri də daxil omaqla külli miqdarda tullantlar okeanın 500 kilometr səthinə qədər yayılır.

İki həftə əvvəl okeana bu çöküntülərin təmizlənilmədən axıdılmasının qarşısı alınırdı. Lakin dəmir hasarların iki həftə əvvəl çökməsi tullantıların okeana axıdılmasına səbəb olub. Hidrobioloq Andres Ruçi bildirib ki, tullantıların okeana axıdılması onun suyuna olduqca mənfi təsir göstərəcək.

Ruçinin sözlərinə görə, çayın okeana axıdılan hissəsi bir çox nadir canlı növlərinin, o cümlədən tısbağalar, delfinlər və balinalar üçün öldürücü təsir bağışlayacaq.

Kimyaçı ekspert Aloyzyu da Silva Filo Ferraro isə tullantıların artıq okeana mənfi təsir göstərdiyini, canlıların bir qisminin məhv olduğunu bildirib. Belə ki, sularda oksigenin miqdarı xeyli azalıb.

Qeyd edək ki, Riu-Dosi çayından qida məqsədilə istifadə qadağan edilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm