Ağızlarını tikərək Avropaya etiraz etdilər – FOTOLAR
Bizi izləyin

Dünya

Ağızlarını tikərək Avropaya etiraz etdilər – FOTOLAR

Yunanıstandan Makedoniya keçməsinə icazə verilməyən qaçqınlar qeyri-adi etiraz formasından istifadə ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İrandan gəldiklərini deyən 5 qaçqın ağızlarını tikərək Makedoniyaya buraxılmamasına etirazlarını bildiriblər.

Bundan başqa, sinələrinə müxtəlif şüarlar yazan etirazçılar aclıq aksiyasına başlayacaqlarını deyiblər.

Qeyd edək ki, Makedoniya yalnız müəyyən millətlərdən olan qaçqınları ölkəyə buraxır. İdomeni sərhəd-keçid məntəqəsində hazırda minlərlə qaçqın ölkəyə girmək üçün gözləyir. Balkan ölkələri olan Makedoniya, Serbiya və Xorvatiya yalnız Suriya, Əfqanıstan və İraq vətəndaşlarını ölkə ərazisinə buraxır.

İdomeni sərhəd-keçid məntəqəsində gözləyən qaçqınlar isə Pakistan, İran, Mərakeş, Banqladeş və Əlcəzair vətəndaşlarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm