Natəvan Həbibi söz atdı: “Yoxsa çarmıxa çəkəcəklər…”
Bizi izləyin

Magazin1

Natəvan Həbibi söz atdı: “Yoxsa çarmıxa çəkəcəklər…”

Deyəsən, başı qalmaqallardan yenicə açılan Natəvan Həbibi yenidən özünə düşmən qazanmaq istəyir. Həmkarlarının bostanını daşlayan Natəvanın bu dəfəki hədəfi başına tac qoyan şou əhlidir.

Publika.az xəbər verir ki, fərqli stili ilə fərqlənməyə çalışan müğənni yeni fotosunu paylaşıb.

Fotonun altından isə bu kəlmələri yazıb:

“Mənim üçün əsl insan - özünü axtaran, öz gerçək mahiyyəti uğrunda savaşan, bütün maskalardan, saxtalıqdan uzaq, varlığından utanmayan, “Bəli, mən buyam!” deyə bilən şəxsdir. Önəmli deyil, onu sevəcəklər ya yox, başına tac qoyacaqlar, yoxsa çarmıxa çəkəcəklər... Özun ola bilmək həyatın ən yüksək nöqtəsində olmaqdır”.

Qeyd edək ki, başına tac qoyan şou əhli arasında xalq artisti İlhamə Quliyeva, Elza Seyidcahan, Elnarə Xəlilova və digər müğənnilər var.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm