Dəmir yolu vağzalı nə vaxt açılacaq? - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Dəmir yolu vağzalı nə vaxt açılacaq? - RƏSMİ

Bakı sərnişin dəmir yolu vağzalında əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısında başa çatması nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a verilən məlumata görə, bu ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.

Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər.

Təmir işləri davam edir. Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir.

Məlumat üçün deyək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilmişdir.

Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm