Hadisə
Bakıda polisləri döydülər
Bakıda sərxoş gənclərlə polis əməkdaşları arasında insident baş verib.
“Report” xəbər verir ki, Səbail rayonu, Xəqani küçəsində sərxoş vəziyyətdə olan iki gənc ucadan danışmaqla, nalayiq sözlər işlətməklə vətəndaşları narahat etdikləri üçün ərazidə olan polis əməkdaşları onları intizama dəvət ediblər.
Sərxoş olan İmişli rayon sakinləri 1991-ci il təvəllüdlü Cahid Əliyev və qardaşı 1994-cü il təvəllüdlü Zahid Post Patrul Xidməti Bölüyünün polis serjantları 1996-cı il təvəllüdlü Fərid Rəfullayev və 1992-ci il təvəllüdlü Emin Atakişiyevə tabe olmayaraq müqavimət göstəriblər. Nəticədə sərxoş qardaşlarla polislər arasında insident baş verib. F.Rufullayev baş nahiyəsinin əzilmiş-deşilmiş yarası, E.Atakişiyev isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
C.Əliyev və qardaşı Z.Əliyev isə saxlanılaraq polis bölməsinə aparılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident