Ekspert: “Rusiya-Türkiyə münasibətləri iki nəfərin taleyi ilə bağlıdır”
Bizi izləyin

Dünya

Ekspert: “Rusiya-Türkiyə münasibətləri iki nəfərin taleyi ilə bağlıdır”

“Türkiyə-Rusiya münasibətlərinin nə qədər gərginləşəcəyi iki rus pilotun taleyi ilə bağlı olacaq”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) əməkdaşı Can Kasapoğlu Rusiyanın SU-24 hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasını şərh edərkən deyib.

“Proseslərin hansı istiqamətdə gedəcəyi təyyarədəki iki pilotun taleyindən əhəmiyyətli dərəcədə asılı olacaq. Rusiyanın münasibətləri gərginləşdirmə ehtimalını istisna etmirəm, amma bu pilotlar türkmanların əlindədirsə və Türkiyə vasitəsilə sağ-salamat Rusiyaya verilərsə, vəziyyət fərqli ola bilər”, - deyə ekspert bildirib.

Kasapoğlunun sözlərinə görə, Rusiya münasibətləri gərginləşdirməyi seçərsə, diplomatik cəhdlərlə yanaşı hərbi davranışlar da sərgiləyə bilər. Amma türkiyəli mütəxəssis Türkiyənin hava məkanının pozulmasının NATO-nun hava məkanının pozulması anlamına gələcəyini dilə gətirib: “NATO-nun şərq qanadı, yəni Baltik ölkələrinin hava məkanı davamlı şəkildə Rusiya tərəfindən pozulur. NATO eyni hadisələrin cənub qanadında, yəni Türkiyə üzərində baş verməsinə icazə verməyəcək. NATO bunun üçün hava hücumundan müdafiə sistemini gücləndirə, Türkiyədə daha çox təyyarə yerləşdirə bilər”.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus qırıcısının sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu iddia edib.

Rusiya prezidenti Vladimir Putin bu hadisənin Rusiya-Türkiyə münasibətlərində ciddi nəticələr doğuracağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm