İlin dizayneri və brendi bəlli oldu - FOTOLAR
Bizi izləyin

Dəb

İlin dizayneri və brendi bəlli oldu - FOTOLAR

Ötən gün Londonda moda aləminin ən mühüm hadisələrindən biri - “British Fashion Awards” mükafatının təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, gecədə tanınmış dizaynerlər, o cümlədən, Ledi Qaqa, Rita Ora, Viktoriya və Devid Bekhem cütlüyü, Naomi Kempbel, Keyt Bosuorot, Olqa Kurilenko, hətta Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vintur iştirak edib.

Gecədə 25 yaşlı model Cordan Dann “İlin modeli” titulunu qazanıb.

Moda sahəsində nailiyyətlərinə və xidmətlərinə görə “Chanel” moda evinin kreativ direktoru Karl Lagerfeld xüsusi titulla təltif edilib.

“Stella Mccartney” moda evi “İlin brendi”, Şarlotta Dellal “Ən yaxşı aksessuar dizayneri” seçilib.

“Qadın geyim dizayneri” və “Kişi geyim dizayneri” mükafatı Conatan Andersona verilib.

"Ən yaxşı xarici dizayner" nominasiyasında isə Alessandro Mikele qalib gəlib.

Mərasimdə iştirak edən bütün qonaqlar dress-koda uyğun olaraq gecədə maraqlı və seksual görünməyə çalışıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm