ABŞ-dan şad xəbər
Bizi izləyin

İdman

ABŞ-dan şad xəbər

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında Azərbaycan millimizin üzvü Elxan Əliquluzadə 77 kq çəki dərəcəsində B qrupunda çıxış edib. “Lənkəran-Zirvə” atleti uğurla yarışaraq toplamda 357 kq (154+203) nəticə göstərərək B qrupunda 1-ci olub. Artıq 77 kq çəki dərəcəsində A qrupundakı çıxışlar da başa çatıb.

Publika.az xəbər verir ki, Elxan Əliquluzadə 203 kq-la təkanla qaldırma hərəkətində dünya çempionatının gümüş medalına sahib çıxıb (yekun sıralamada 6-cı yer).

Qeyd edək ki, Elxan B qrupunda həm də təkanla qaldırma hərəkətində 203 kq-la gənclər arasında dünya və Avropa rekordunu yeniləyib, tanınmış türk atlet Taner Sağırın 2004-cü il Afina Olimpiadasında müəyyənləşdirdiyi 202 kq-lıq rekordu öz adına yazdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm