Türkiyəyə böyük təhlükə: Rusiya sərhədə S-400 kompleksləri yerləşdirir – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyəyə böyük təhlükə: Rusiya sərhədə S-400 kompleksləri yerləşdirir – SON DƏQİQƏ

Rusiya Suriyadakı Xmeymim təyyarə bazasına S-400 zenit-raket kompleksləri yerləşdirəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Qeyd edək ki, hərbi ekspertlər S-400 zenit-raket kompleksini hava hücumundan müdafiə üçün çox nəhəng müdafiə qurğusu olduğunu bildirirlər. Belə ki, S-400 600 kilometr məsafədə 100 hədəf aşkarlaya bilir. 400 kilometr məsafədə isə eyni anda 24 hədəfi məhv etməyə qadirdir. Kompleks yerdən 10 metrdən 25-30 kilometr hündürlükdə olan obyektləri məhv etmək qabiliyyətinə malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm