Emin Ağalarov şəxsi həyatından danışdı: "Onunla dostuq"
Bizi izləyin

Magazin1

Emin Ağalarov şəxsi həyatından danışdı: "Onunla dostuq"

Azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov Leyla Əliyeva ilə münasibətlərindən danışıb.

Publika.az xəbər verir ki, “7days.ru” saytına eksklüziv müsahibə verən Emin il yarım əvvəl ayrılmalarına baxmayaraq, Leyla Əliyeva ilə əvvəlki kimi xoş münasibətdə olduqlarını bildirib:

“Ayrılmaq, yad insanlar olmaq demək deyil. Bizim əvvəlki tək gözəl münasibətimiz var və onu heç vaxt korlamarıq. Biz, ilk növbədə, valideynik. Bizim oğullarımız Əli və Mikayıl hər zaman münasibətlərimizdə əsas rol oynayacaq. Ailə statusu baxımından ikimiz də azad insanıq, buna baxmayaraq, mən, Leyla, uşaqlarımız, babaları və nənələri böyük bir ailəyik”.

Emin Leyla Əliyevanın uşaq evindən övladlığa götürdüyü Əminədən də söhbət açıb:

“Əminə 1 yaş 5 aylıqdır. Çox balacadır. Buna baxmayaraq o, Leyla üçün, hər iki tərəfin nənə və babası, mənim 7 yaşlı əkizlərim və mənim üçün böyük xoşbəxtlikdir. O, oğlanlarımın oyuncaqlarını sındırır. Onlar Əminənin öhdəsindən gələ bilmir. Könlünü qırmağa qorxurlar. Böyüklər isə onu müdafiə edir. Qızdır axı! Oğlanlar isə inciyir: “Ata, sən buna bir son qoymalısan, o, bütün oyuncaqlarımızı sındırıb, necə də utanmır?!” Mən isə izah edirəm: “Siz balaca olanda mənim bütün oyuncaqlarımı sındırmısınız, ancaq mən sizə qışqırmamışam. Dözmüşəm. Siz onun balaca olduğunu anlamalısınız”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm