Türkiyə üçün son şans
Bizi izləyin

İdman

Türkiyə üçün son şans

Bu gün Çempionlar Liqasında 5-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, günün ilk oyunu Astanada baş tutacaq. Burada yerli "Astana" "Benfika"nı qəbul edəcək. Turnir cədvəlinin lideriylə autsayderinin oyununda portuqaliyalılar qalib gələrək 1/8 finala vəsiqəni təmin etməyə çalışacaq. Qazaxlar isə ÇL-in qrup mərhələsinin son ev oyununda xal qazanaraq azarkeşlərini sevindirmək istəyir. Xatırladaq ki, ÇL-in debütantı cari mövsümdə qrup mərhələsində evdə keçirdiyi hər iki oyunda uduzmayıb.

Qrupun digər oyununda isə Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi "Qalatasaray" səfərdə Madrid "Atletiko"suyla qarşılaşacaq. Türklər ÇL-də mübarizəni davam etdirmək üçün mütləq "Hindular"ı səfərdə məğlub etməlidir.

Günün maraqla gözlənilən oyunlarından biri Mançesterdə baş tutacaq. Burada qrup lideri "Mançester Yunayted" PSV-ni qəbul edəcək. Qrupun digər oyununda isə ÇSKA "Volfsburq"la qarşılaşacaq.

D qrupunda "Yuventus" növbəti mərhələyə vəsiqəni təmin etmiş "Mançester Siti"ni qəbul edəcək. "Qoca sinyora" bu oyunda qalib gələcəyi təqdirdə, "Şəhərlilər"ə qoşulacaq.

Çempionlar Liqası, 5-ci tur

25 noyabr

A qrupu

23:45 Malmö (İsveç) - PSJ (Fransa)

Cəzalı: Arnason (Malmö), David Luis (PSJ).

Zədəli: Azinoviç, Molins (hər ikisi "Malmö"), Oryer, David Luis, Lavezzi, Pastore (hamısı PSJ), Dyurdyiç, Konate (şübhəli, hər ikisi "Malmö"), Verratti (şübhəli, PSJ).

Baş hakim: Uilyam Kollum (Şotlandiya).

Yer: Malmö. "Yeni Malmö" stadionu.

23:45 Şaxtyor (Ukrayna) - Real (İspaniya)

Cəzalı: Kuçer, Srna (hər ikisi "Şaxtyor").

Zədəli: Abner, Marselo, Mayoral, Ramos (hamısı "Real"), Malışov (şübhəli, "Şaxtyor").

Baş hakim: Bas Niyhus (Hollandiya).

Yer: Lvov. "Lvov Arena" stadionu.

Real – 10, PSJ – 7, Şaxtyor, Malmö – 3.

B qrupu

21:00 ÇSKA (Rusiya) - Volfsburq (Almaniya)

Cəzalı: yoxdu.

Zədəli: Yeremenko (ÇSKA), Knoçe (Volfsburq), Dumbia, Şennikov, Berezutski (şübhəli, ÇSKA), Luis Qustavo, Rodriqes (şübhəli, hər ikisi "Volfsburq").

Baş hakim: Canluka Rokki (İtaliya).

Yer: Moskva. "Arena Ximki" stadionu.

23:45 Mançester Yunayted (İngiltərə) - PSV (Hollandiya)

Cəzalı: yoxdu.

Zədəli: Ander Errera, Valensia, Kerrik, Cons, Şou (hamısı "Mançester Yunayted"), Kox, Uillems (hər ikisi PSV), Fellaini, Martial, Pouell, Runi, Uilson, (şübhəli, hamısı "Mançester Yunayted"), Lestyen (şübhəli, PSV).

Baş hakim: Pavol Kraloveç (Çexiya).

Yer: Mançester. "Old Trafford" stadionu.

Mançester Y – 7, PSV, Volfsburq – 6, ÇSKA – 4.

C qrupu

19:00 Astana (Qazaxıstan) - Benfika (Portuqaliya)

Cəzalı: Colçiyev (Astana), Qaytan (Benfika).

Zədəli: Luizao, Semedo (hər ikisi "Benfika")

Baş hakim: Ruddi Buke (Fransa).

Yer: Astana. "Astana Arena" stadionu.

23:45 Atletiko (İspaniya) - Qalatasaray (Türkiyə)

Cəzalı: Burak Yılmaz, Səlçuk İnan (hər ikisi "Qalatasaray").

Zədəli: Martines (Atletiko M), Karole, Həmit Altıntop (hər ikisi "Qalatasaray").

Baş hakim: Nikola Ritsoli (İtaliya).

Yer: Madrid. "Visente Kalderon" stadionu.

Benfika – 9, Atletiko – 7, Qalatasaray – 4, Astana – 2.

D qrupu

23:45 Yuventus (İtaliya) - Mançester Siti (İngiltərə)

Cəzalı: Ernanes (Yuventus).

Zədəli: Kaseres, Ernanes, Kxedira, Pereyra (hamısı "Yuventus"), Boni, Nəsri (hər ikisi "Mançester Siti"), Evra (şübhəli, "Yuventus"), Kompani, David Silva (şübhəli, hər ikisi "Mançester Siti").

Baş hakim: Feliks Brik (Almaniya).

Yer: Turin. "Yuventus" stadionu.

23:45 Borussiya M (Almaniya) - Sevilya (İspaniya)

Cəzalı: yoxdu.

Zədəli: Alvaro Dominqes, Han, Herrman, Şults, Ştrantsl (hamısı "Borussiya" M), Andreolli, Karrizo, Kakuta (Sevilya).

Baş hakim: Damir Skomina (Slovakiya).

Yer: Münhenqladbax. "Borussiya-Park" stadionu.

Mançester S – 9, Yuventus – 8, Sevilya – 3, Borussiya M – 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm