Rus pilotlardan biri xilas oldu
Bizi izləyin

Dünya

Rus pilotlardan biri xilas oldu

Dünən Türkiyə tərəfindən vurulan Rusiyanın SU-24 təyyarəsinin pilotlarından biri xilas edilib və bazaya çatdırılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Mən bütün uşaqlarımıza təşəkkür etmək istəyərdim. Onlar bütün gecəni böyük risk altında işlədilər”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, pilot Rusiya və Suriya ordusunun xüsusi bölmələri tərəfindən xilas edilib. Əməliyyat 12 saat davam edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm