Elnarədən Natəvana ismarış: “Hətta Natəvanı da sevirəm”
Bizi izləyin

Magazin1

Elnarədən Natəvana ismarış: “Hətta Natəvanı da sevirəm”

Müğənni Natəvan Həbibi tac taxan şou əhlinə söz atıb. O, ad çəkməsə də öz başına tac qoyan həmkarlarını çarmıxa çəkilmək ehtimalı barədə də xəbərdar edib.

Publika.az xəbər verir ki, tac qoyanlardan biri, müğənni Elnarə həmkarının ünvansız ismarışına sevgi ilə cavab verib:

“Natəvan o sözləri hansı niyyətlə deyib, kimə söz atıb, bilmirəm. Mən bu dəqiqə bütün dünyanı, bütün bəşəriyyəti, bütün insanları və insanlığı, hətta Natəvanın özünü belə sevirəm. Hətta o, həmin sözləri mənə deyibsə belə, ondan zərrə qədər incimirəm. Amma inanmıram ki, Natəvan o sözü mənə deyib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm