Belçikada növbəti terror qorxusu
Bizi izləyin

İdman

Belçikada növbəti terror qorxusu

Avropa Liqasında Belçikanın "Brügge" və İtaliyanın "Napoli" komandaları arasında noyabrın 26-da keçiriləcək matça azarkeş buraxılmayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Brügge" rəhbərliyi qərar qəbul edib. Səbəb kimi ölkədə terror aktları təhlükəsi göstərilib. Öncədən matçda yalnız qonaq komanda azarkeşlərinin olmaması planlaşdırılırdı. Lakin sonradan Belçika hökuməti oyuna yerli fanatların da girişini qadağan edib.

Oyunun keçiriləcəyi "Yan Breydel" stadionu 29 min tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, noyabrın 14-də Fransanın paytaxtı Parisdə tödərilən terror aktları nəticəsində 150-dən çox insan həlak olub. Terrorçuların bir neçəsi isə Belçika ərazisində saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm