Hadisə
Tələbə qızın törətdiyi dəhşətli qətlin TƏFƏRRÜATI
Noyabrın 24-də Sumqayıt şəhərində baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Trend-ə daxil olan məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon, ev 69, mənzil 29 ünvanında baş verib. Məlumata görə, qətl hadisəsini törədən 21 yaşlı Şərqiyyə Mehdi qızı Ramazanova kirayədə yaşayan ev sahibəsini aralarında yaranmış münaqişə nəticəsində qətlə yetirib. O, ev sahibəsini xüsusi amansızlıqla öldürüb. Ş.Ramazanova əvvəlcə qadına boğaz nahiyəsindən bıçaq zərbəsi endirdikdən sonra onun qulağının birini kəsib. Daha sonra ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Qadının tam öldüyünə əmin olandan sonra polisə zəng edərək mənzildə qətl hadisəsi baş verdiyini deyib və hadisə yerindən qaçıb.
Məlumata görə, Ş.Ramazanovanın ev sahibəsini qətlə yetirməsinə səbəb qızın sevgilisindən ayrılması olub. Ev sahibəsi qızın sevgilisini bir neçə dəfə həmin binanın qarşısından qovması sevgililərin ayrılmasına səbəb olub. Bundan qəzəblənən Ş.Ramazanova ev sahibəsi S.Nəcəfovadan qisas almaq üçün onu qətlə yetirib. Qətl hadisəsini törədən Ş.Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.
Xatırladaq ki, hadisə barədə Daxili işlər Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə 9-cu mikrorayonda baş verib. S.Nəcəfovanın mənzilində kirayənişini, Oğuz rayon sakini Ş.Ramazanova münaqişə zəminində ona bıçaqla xəsarətlər yetirib. S.Nəcəfova hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ramazanova tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO