Musiqili Teatr açılışa hazırlaşır
Bizi izləyin

Magazin1

Musiqili Teatr açılışa hazırlaşır

Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının açılışı olacaq.

Publika.az xəbər verir ki, studiyanın açılışı ilin sonuna qədər baş tutacaq. Mərasimdə gənc rejissor Tamilla Aslanovanın hazırladığı “Uğur” konsert-tamaşası təqdim olunacaq.

Qeyd edək ki, studiyanın rəhbəri əməkdar İncəsənət xadimi, tanınmış rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, müsabiqə yolu ilə seçilən gənc aktyor və rejissorlar, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm