Qırmızı.az
Komitə torpaq reydlərinə başladı
Azərbaycan Respublikası Prezidenti tərəfindən
imzalanmış müvafiq Sərəncamla Azərbaycan Respublikası Cinayət
Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun təsdiq olunub.
Sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu
pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə
dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar
sərtləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi artıq Sərəncamın icrası ilə bağlı
müvafiq monitorinq-araşdırma tədbirlərinə başlayıb. Komitədən
verilən məlumata görə, torpaqların təyinatı ilə bağlı
qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər
gücləndirilib. Yaradılmış monitorinq qrupları tərəfindən
respublikanın müxtəlif bölgələri, eləcə də Bakı və Abşeron üzrə
torpaq reydlərinə start verilib. Belə qruplar paralel olaraq bütün
ölkə üzrə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin
aparılması, təyinatına zidd istifadə və torpaq sahələri barədə
qanunsuz qərarların verilməsi faktlarını araşdırır. Kənd
təsərrüfatlı torpaqlarda qanunsuz yaşayış evi və ya digər
obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz
dəyişdirilməsi, dövlət torpaqlarının zəbt olunması kimi hallar
müəyyən edilir. Belə qanunsuz hərəkətlər nəticədə kənd təsərrüfatı
təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə
maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Müvafiq
qurumlar tərəfindən torpaq sahələri özbaşına olaraq təyinatı nəzərə
alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə verilir. Zəbt
olunmuş sahələrdə qanuna zidd olaraq tikintilər aparılır, özbaşına
istifadə hallarına yol verilir. Belə qanunsuzluqlar sonda
narazılıqlara səbəb olur və mülkiyyət barədə hüquqi mübahisələrə
yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar
olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə,
eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür. İnzibati
sanksiyalar tətbiq olunur, konkret məsuliyyətə cəlb olunma və ya
sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərar verilir.
Xatırladaq ki, belə monitorinqlər Komitənin torpaq sahələrinə
nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir.
Komitənin yeni Əsasnaməsinin təsdiqindən sonra start verilən belə
torpaq monitorinqləri dövlət başçısının Cinayət Məcəlləsinə
dəyişikləri nəzərdə tutan məlum Sərəncamından sonra daha da
intensivləşib. Məqsəd respublikada torpaq qanunvericiliyinin daha
ciddi şəkildə qorunması ilə dövlət, bələdiyyə və özəl mülkiyyətə
münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin
olunmasıdır.
Qeyd edilməlidir ki, adı çəkilən Sərəncam Azərbaycanda Torpaqların
Elektron Kadastr Uçotu Sisteminin yaradılmasında da mühüm
əhəmiyyətə malikdir. Belə ki, Sistemdə hər bir torpaq sahəsinin
təyinatı, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları,
mühafizə zonaları, tikintilər və onların xarakteristikası barədə
müfəssəl məlumatlar toplanacaq ki, bu da mükəmməl hüquqi baza və
ciddi nəzarət mexanizmi olmadan çox çətindir. Belə Sistemin
yaradılması məqsədilə hazırda təyinatından və mülkiyyət növündən
asılı olmayaraq bütün torpaqların elektron kadastr uçotuna alınması
işi həyata keçirilir. Ərazilərin rəqəmsal xəritələri hazırlanır,
torpaq informasiya bankı formalaşdırılır. Bu Sərəncamın verilməsi
ilə torpaq sahələri barədə yol verilən qanunsuzluqlar və
özbaşınalıqların qarşısı alınacaq ki, bu da Sistemin yaradılması
işini sürətləndirəcək. Torpaqların Elektron Kadastr Uçotu Sistemi
müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun
formalaşmasında mühüm rol oynayacaq.
Sərəncamın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət
Komitəsi fəaliyyətini digər aidiyyəti qurumlarla da əlaqələndirir.
Yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr
və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaq
qanunvericiliyinin ölkə üzrə daha effektiv qorunmasına imkan
verir.
Qeyd edək ki, Sərəncam ilə mülkiyyət, istifadə və ya icarə hüququ
olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya
dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına
tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol
verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya
2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi
üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1
ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.
Habelə, qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd
əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3
ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni zamanda, əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə
də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8
ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.
Dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri
barədə qəbul edilən qanunsuz qərarlara da aiddir. Belə ki, dövlətin
mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi
şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə
qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3
ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza
tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və
özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də
şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi
mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət
məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən
vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək
müddətə azadlıqdan məhrum edilir. Qanunda Xəzər dənizinin sahilboyu
20-50 metrlik zolağının altında olan torpaqlar barədə yol verilən
qanunsuz əməllərə qarşı da cəza tədbirləri müəyyən edilib.
Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər belə sahilboyu torpaqlarda törədilərsə, 7 ildən 10 ilədək
müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Eyni zamanda,
belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilir.
Bütün bu fəaliyyətlər nəticəsində torpaqların məqsədli dövriyyəsinə
qaytarılması, istifadəsiz və ya təyinatına zidd istifadədə olan
torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb
edilməsi təmin ediləcək. Dövlət, bələdiyyə və özəl mülkiyyət barədə
hər hansı qanunsuz qərarların qəbul edilməsi, qeyri-qanuni
sənədlərin verilməsi aradan qaldırılacaq. Bununla da, respublikada
torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə və
mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunmasına böyük
dəstək verəcək.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək