Almaz Ələsgərova sevgisindən danışdı
Bizi izləyin

Magazin1

Almaz Ələsgərova sevgisindən danışdı

Əməkdar artist Almaz Ələsgərova klip çəkdirir.

Publika.az-a açıqlama verən ifaçı “Mən sənsiz” adlı yeni mahnısı üçün kameralar önünə keçdiyini bildirib:

“Yeni mahnım üçün klip çəkilişlərinə başlamışıq. Mahnının sözləri və musiqisi Tural Bayraməliyevə məxsusdur. Klipin rejissoru Natiq Novruzovdur. Mahnı sevgidən bəhs edir. Çəkiliş 4 gün davam edəcək. Çəkilişin 2 gününü artıq lentə almışıq. Çox gözəl görüntülər var. Digər 2 günün çəkilişləri isə təbiət qoynunda olacaq. Bunun üçün ya Qəbələ, ya da İsmayıllıya yollanacağıq”.

Mahnı eşqdən bəhs etsə də, klipdə əməkdar artistin tərəf-müqabili olmayacaq:

“Mahnının sözləri sevgidən bəhs etsə də, klipdə tərəf-müqabilim yoxdur. Bunu özüm belə istədim. Klipdə tərəf-müqabil olanda uzundərə olur. Mən isə kompakt olmağı sevirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm