XXI əsrin Yaxın Şərq gücü... – Rusiyanın əsas hədəfi...
Bizi izləyin

Nida.az

XXI əsrin Yaxın Şərq gücü... – Rusiyanın əsas hədəfi...

Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Verda Özer Rusiyanın SU-24 təyyarəsinin vurulması və nəticədə gərginləşən Ankara-Moskva münasibətlərini şərh edib.

Publika.az xəbər verir ki, Özer qarşıdurmanın kökündə dayanan əsas məsələnin türkman bölgəsinin bombalanması və bu bölgənin Türkiyənin sərhədlərində yerləşməsi olduğunu deyib.

Yazara görə, son günlər türkman bölgəsində bombardmanı gücləndirən Rusiyanın iki əsas hədəfi var: “Birincisi, Rusiya Suriyadakı iki bazasını qorumaq istəyir. Bunlardan biri Tartusdakı dəniz bazası, digəri isə Lazikiyedəki hava bazasıdr. Türkmanların yaşadığı Bayır Bucaq bölgəsi də Lazikiyenin lap yaxınlığındadır. Türkman qüvvələr keçən həftə Lazikiyenin 25 kilometrliyinə qədər yaxınlaşıblar. Rusiya da bu təhdidə görə dərhal hərəkətə keçdi. Rusiyanın ikinci hədəfi isə Azez-Cerablus xətti ilə bağlıdır. Məlumdur ki, Türkiyə və ABŞ bu xətdə birgə əməliyyatın təşkil ediləcəyini açıqlamışdı”.

Verda Özer hesab edir ki, Azez-Cerablus xəttində əməliyyatın keçirilməsi üçün böyük türkman gücü lazımdır: “Çünki hazırda bölgədə 2 mindən çox İŞİD üzvü var. Rusiya bölgədə yerləşdiriləcək türkman gücünü zəiflətmək istəyir. Çünki bu xətdə PYD-nin hakim olmasını istəyir. Rusiya bununla həm PYD üzərindən bölgədəki nüfuzunu artırmaq, həm də ABŞ-ı bu əməliyyatda PYD-nin dəstəyinə möhtac etmək istəyir. Beləliklə, Rusiya bir daşla iki quşu vurmağı planlaşdırır. ABŞ İŞİD-in de-fakto paytaxtı olan Rakkaya təşkil edəcəyi əməliyyatda PYD-ni əsas güc kimi düşünür. Rusiya PYD-ni Azez-Cerablus xəttinə sürüşdürməklə ABŞ-ın Rakka əməliyyatına mane olmaq istəyir”.

Yazarın sözlərinə görə, Rusiya ABŞ-ı və onun qurduğu beynəlxalq koalisiyanı İŞİD-ə qarşı birgə vuruşmağa məcbur etməyə çalışır: “İkincisi, Rusiya Suriyanı öz istədiyi kimi dizayn edərək Suriya üzərindən bölgədəki nüfuzunu artırmaq və XXI əsrə “Yaxın Şərq gücü” kimi girmək istəyir. Rusiya həmçinin “Şərqi Aralıq dənizi gücü” olaraq səhnəyə çıxır. Ötən illərdə Kipr, İsrail, Qəzza və Misir sahillərində böyük həcmdə təbii qaz ehtiyatları kəşf edilib. Moskvanın hədəfi bu bölgədə ən nüfuzlu gücə çevrilməkdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm