Kəmaləddin Heydərov Qazaxda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Qazaxda qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 noyabr 2015-ci il tarixində Qazax şəhərində, Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Publika.az xəbər verir ki, qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında 26 noyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Oxumağa davam et
Reklam
Reklam

Gündəm