ANS-in daha bir aparıcısı işdən çıxdı
Bizi izləyin

Magazin1

ANS-in daha bir aparıcısı işdən çıxdı

ANS telekanalının efirdən kənarlaşdırılan aparıcısı işdən çıxıb.

Publika.az xəbər verir ki, “Şoubiz” verilişinin aparıcısı Sonaxanım Nuriyeva işdən çıxmasını belə izah edib:

“Bir ildir “Şoubiz” verilişinin aparıcısı idim. İşimi çox sevirdim. Amma məni rəhbərlik efirdən kənarlaşdırıb, “İç xəbər” proqramına müxbir keçirdi. Orada da çalışdım. Rəhbərliyin qərarına qarşı çıxmadım. Bir neçə həftədən sonra anladım ki, “İç xəbər” proqramını izləməyi sevsəm də, orada işləmək istəmirəm. Bu səbəbdən ərizəmi yazıb işdən ayrıldım”.

Hazırda işsiz sayılan Sonaxanım Nuriyeva istirahət etdiyini və qismət olsa, yenidən aparıcı kimi efirə çıxacağını əlavə edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm