Qatı açılmamış sirr: “Siyasi sistem imkan vermədi!”
Bizi izləyin

İdman

Qatı açılmamış sirr: “Siyasi sistem imkan vermədi!”

SSRİ futbolunun əfsanəsi, Kiyev “Dinamo”sunun keçmiş hücumçusu Oleq Bloxin “Real”ın onu bir neçə dəfə transfer etmək istədiyini bildirib.

Publika.az xəbər verir ki, Bloxin transferinin siyasi səbəblərdən baş tutmadığını deyib. O, “Bavariya”nın da onunla maraqlandığını qeyd edib:

“Real” məni 1973, 1977, 1982-ci illərdə transfer etmək istəyirdi. Həmin vaxt “Real”da xeyli yaxşı futbolçular vardı. İndi olduğu kimi, o vaxt da “Kral klubu”nun rəhbərliyi yüksək səviyyəli futbolçuları transfer edirdi. Ancaq SSRİ-də olan siyasi sistem imkan vermədi ki, “Real”a keçim. Bizə xarici klublara getmək qadağan olunmuşdu. “Bavariya” da mənim xidmətlərimdə maraqlı idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm