Sinə ölçüsünü kiçiltməyin təsirli üsulları
Bizi izləyin

Gözəllik

Sinə ölçüsünü kiçiltməyin təsirli üsulları

Müasir dövrdə iri döşlər gözəlliyin simvolu hesab edilir. Bir çoxları gözəl görünmək üçün hətta silikon qoydurmaqdan da çəkinmir. Ancaq həddən artıq iri döşlərə sahib olan qadınların da sayı kifayət qədərdir. Belələri arıqlasalar da, sinə ölçüləri dəyişmir və döşləri sallanır. Bu isə həm xarici görkəmi korlayır, həm də bir sıra sağlamlıq problemlərinə səbəb olur. Həkimlər iri döşlərin onurğa sütunu üçün əlavə yük olduğu qənaətindədir. Elə isə, sinə ölçülərini necə kiçiltmək olar?

Publika.az döşləri daha biçimli göstərən qidaları təqdim edir:

Balıq yağı

Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq sayəsində qısa vaxtda ideal görünəcəksiniz.

Kətan toxumu

Kətan toxumu da omeqa-3 ilə zəngindir. Kətan toxumunun tərkibindəki maddələr estrogen hormonunun səviyyəsini nizamlayır. Bu qida həm arıqlamağa kömək edir, həm də orqanizmi toksinlərdən təmizləyir. Bir stəkan isti suya bir çay qaşığı kətan toxumu əlavə edib için.

Yaşıl çay

Yaşıl çay bədəndə yığılan yağları əridir. Yaşıl çay döş xərçəngi riskini də azaldır.

Yumurtanın ağı

Yumurtanın ağı döşləri kiçiltməklə yanaşı, dəriyə elastiklik verərək sallanmanın qarşısını alır. Hər gün bir yumurtanın ağını yeyin. Yumurta ağını döşünüzə çəkib 30 dəqiqə saxlayanda da uğurlu nəticə əldə etmək olur. Daha sonra ilıq su ilə təmizləyin.

Zəncəfil

Zəncəfil sinə bölgəsindəki yağların əriməsinə kömək edir. Gündə 2-3 stəkan zəncəfilli çay için.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm