Fazil Mustafadan Rusiya-Türkiyə qarşıdurması haqda maraqlı fakt
Bizi izləyin

Nida.az

Fazil Mustafadan Rusiya-Türkiyə qarşıdurması haqda maraqlı fakt

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa Türkiyə-Rusiya arasında yaranan təyyarə qalmaqalı ilə bağlı maraqlı bir fakt açıqlayıb.


Publika.az xəbər verir ki, F. Mustafa “facebook” səhifəsində bu barədə yazıb: “1983-cü ilin 1 sentyabrında Cənubi Koreyanın - "Korean Air Lines" aviaşirkətinin həyata keçirdiyi Beynəlxalq uçuş (Nyu -York-Ankoric-Seul marşrutu) zamanı sərnişin avialaynerinin vurulması Beynəlxalq skandala səbəb olmuşdu. Seula qədər olan hava yolu Sakit Okeanın neytral zonasından keçməli idi. Təyyarə qəfildən məlum olmayan səbəbdən müəyyənləşdirilmiş kursdan sağ tərəfə meyl etməyə başlayır. Müəyyən vaxtdan sonra SSRİ-nin qapalı hava məkanına düşür.

Və Kamçatka, sonra isə Saxalin adaları üzərində uçur. Göyərtəsində 246 sərnişin, 23 ekipaj heyəti olan təyyarəni Sovet qırıcısı SU-15 dərhal vurur. Təyyarədə olan 269 nəfər və o cümlədən ABŞ nümayəndələr palatasının üzvü, ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini verməyə hazırlaşan Larri MakDonald həlak olur. Bu ölkə də özünü SSRİ-nin varisi hesab edir və hətta sərnişin təyyarəsini hava sərhədini keçəndə dərhal vurur. Bu gün Rusiya”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm