İdman
Azərbaycan idmançısı dünya çempionu oldu - Ukraynada
Ukraynanın Odessa şəhərində “WORLD MMA NETWORK MAXMIX” idman növü üzrə dünya çempionatı keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanı bu yarışda Ümid Məmmədzadə təmsil edib. İdmançımız uğurla çıxış edərək, bütün rəqiblərinə qalib gəlib və dünya çempionu olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan Məmmədzadə qaydasız döyüş üzrə ikiqat dünya, Avropa, üçqat respublika çempionudu. O, bir sıra beynəlxalq turnirlərin qalibi olub.
Dünya çempionu yarışla bağlı fikirlərini də bildirib. O, dünya çempionluğunu qazanacağına əvvəlcədən əmin olduğunu qeyd edib:
“İndiyə qədər qazandığım çoxsaylı uğurların sirri fasiləsiz məşqlərdir. Bu yarışda da uğur qazanacağıma inanırdım. Sevinirəm ki, Ukraynada bayrağımızı dalğalandıra bildim. Təkcə öz qələbəmlə yox, Azərbaycanımızı ölkədən kənarda layiqincə təmsil edən hər bir idmançımızla fəxr edir və onların da uğurlarına sevinirəm”.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO