Kəmaləddin Heydərov xarici qonaqları qəbul edib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov xarici qonaqları qəbul edib - FOTOLAR

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, nazirliyin Latviya Respublikasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığından bəhs edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Dana Reizniece-Ozola Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumlarının sıx əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş müzakirə aparılıb.

***

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də nazirliyin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilmiş “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası daxili işlər nazirinin müavini, Böhranların İdarə edilməsi Təşkilatının sədri İsmayıl Nəccarı qəbul edib.

Nazir Kəmaləddin Heydərov qonağı səmimiyyətlə salamlamış, komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirib. O, iki dost və qonşu ölkənin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnun olduğunu da diqqətə çatdırıb.

İsmayıl Nəccar səmimi qəbula və müvəffəqiyyətlə keçən “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün dəvətə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi təşkilatın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm