Moskvanın son şansı: “Erməni soyqırımı” Dövlət Dumasında
Bizi izləyin

Dünya

Moskvanın son şansı: “Erməni soyqırımı” Dövlət Dumasında

Rusiyanın “Ədalətli Rusiya” Partiyası “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsində “erməni soyqırımı”nı inkar edənlərin 5 il müddətinə azadlıqdan mərhum edilməsini və yaxud da 500 min rubl (təxminən 7800 dollar) cərimə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, dünən Türkiyə sərhədini pozan Rusiyanın SU-24 təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən vurulmasından sonra ölkələr arasında münasibətlər gərginləşib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm