Məşhur müğənni reanimasiyaya yerləşdirildi
Bizi izləyin

Magazin2

Məşhur müğənni reanimasiyaya yerləşdirildi

“İvanuşki-İnternational” qrupunun solisti Moksvada xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, Andrey Qriqoryev-Apollonov kəskin qarın ağrısı səbəbindən təcili xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra o, kəskin pankreatit diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Vəziyyəti getdikcə pisləşən müğənniyə qoyulan diaqnoz onun yaxınlarını təəccübləndirib. Onlar Andreyin sağlamlığına qarşı diqqətli olduğunu, hətta mütəmadi idman etdiyini bildiriblər.

Xatırladaq ki, sözügedən qrupun ötən həftə 20 illik yubileyi keçirilib. Tədbirdə iştirak edən Andrey çox gümrah görünüb. Zarafatlaşıb, rəqs edib və mahnı oxuyub.

Müğənninin yaxınları konsert öncəsi gərgin məşqlər, həyəcan və stressin Andreyin səhhətinə pis təsir göstərdiyini ehtimal edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm