45 yaşlı müğənni milyarder sevgilisindən danışdı - FOTOLAR
Bizi izləyin

Magazin2

45 yaşlı müğənni milyarder sevgilisindən danışdı - FOTOLAR

Dünya şöhrətli müğənni Meray Keri sevgilisi Ceyms Pekerlə münasibətlərindən danışıb.

Publika.az xəbər verir ki, müğənni yeni sevgilisi ilə olduqca xoşbəxtdir. Onun sözlərinə görə, cütlük ilk dəfə “Herakl” filminin nümayişində tanış olub: “Nümayişdə biz xeyli söhbət edib, deyib-güldük. Ancaq bu, başqalarını əsəbiləşdirirdi. Ümumiyyətlə, biz tez dil tapmışdıq”.

Müsahibə zamanı 45 yaşlı müğənninin boynundakı “Van Cleefs & Arpels” zərgərlik evinə aid brilyant kolye də diqqətdən yayınmayıb. Yeri gəlmişkən qeyd edək ki, bu bahalı kolye sevgilisinin hədiyyəsidir. Keri onu da bildirib ki, kolye onun üçün böyük sürpriz olub.

Xatırladaq ki, Meray Keri 33 yaşlı həyat yoldaşı, rep ifaçısı Nik Kennonla ötən il ayrılıb. Bu nikahdan onun əkizləri dünyaya gəlib. Müğənninin milyarderlə münasibəti isə bu ilin iyununda məlum olub. Deyilənlərə görə, cütlük artıq evlənmək haqqında düşünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm